"Yaşıl Dünya Naminə Həmrəylik İli" və COP29 ilə bağlı tədbirlər davam edir

28 Noyabr 2024-cü il tarixində sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Mətanət Əsgərova və coğrafiya müəllimi Esmira Dəmirçiyeva 8"C" sinif şagirdləri ilə birlikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 mövzusunda "dəyirmi masa" keçirtdilər. Müəllim E.Dəmirçiyeva Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilməsinin hər birimiz üçün böyük şərəf olduğunu bildirdi. Tədbirdə şagirdlərdən M.Nəzrin "Qlobal iqlim dəyişməsinin səbəbləri", Ə.Məryəm "Qlobal istiləşmə ", N.Mədinə "Qlobal iqlim dəyişmələrinin təsiri", N.Muhamməd "Sellərin, daşqınların nəticələri", Ə.Əli "İqlim dəyişmələrinin həlli yolları" haqqında hazırladıqları təqdimatları nümayiş etdilər. Yekunda M.Əsgərova mövzu ilə bağlı şagirdlərlə diskussiya apardı. O həm də vurğuladı ki, COP 29-un Azərbaycanda keçirilməsi bir daha sübut edir ki, ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir və "Qlobal iqlim dəyişmələrinə qarşı mübarizə" dünya və Azərbaycan üçün ən əhəmiyyətli mövzulardan biridir.