Biz ingilis dilini öyrənirik

Bu gün məktəbimizdə "Biz ingilis dilini öyrənirik" mövzusunda təqdimat keçirildi. Təqdimatı məktəbin qabaqcıl ingilis dili müəllimi Cəmilə Mahmudova hazırlamışdı. Təqdimat 4 mövzunu əhatə edirdi. 1. Azərbaycan 2. Böyük Britaniya 3. Novruz adət-ənənələri 4. İlin aylarının çiçəkləri. Məktəbin 10a sinif şagirdi Aytən Kərimova çıxış edərək təqdimat haqqında ümumi məlumat verdi. 6-cı sinif şagirdləri Nərmin Əzimzadə "Azərbaycan" , Leyla Muradzadə "Böyük Britaniya", İbrahim Əlicanov "Novruz adət-ənənələri", 5-ci sinif şagirdləri Murad Quliyev, Ayxan Qasımlı, Əli Süleymanov "İlin aylarının çiçəkləri" mövzusunda çıxış etdilər. Sonda təqdimat məktəb rəhbərliyi və müəllimlər tərəfindən yüksək qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi