"8 Noyabr-Zəfər Günü" ilə əlaqədar tədbir keçirildi

07.11.2024-cü il tarixində 3 "A" sinif rəhbəri Quliyeva Şəmsiyyə şagirdlərlə birgə "Zəfərin mübarək, Azərbaycan" adlı tədbir keçirtdi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, məktəbin şəhidi leytenant Samir Əliyevin anası Sevda xanım və nənəsi Cəmilə xanım, məktəbin məzunu, qazi Emin Abdinov və valideynlər iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Hmni ilə başladı.Vətən şəhidləri 1 dəqiqəlik sükutla yad olundu. Sonra şagirdlər Vətən, Azərbaycan, Qarabağ və şəhidlərə həsr olunmuş şeirlər söylədilər, nəğmələr ifa etdilər. Şagirdlərin "Zəfər marşı" rəqsi tədbir iştirakçıları tərəfindən çox bəyənildi.Tədbirdə məktəbin direktoru Yaqut Kərimli Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Şəhid Samir Əliyevin anası Sevda xanım da iştirakçıları təbrik edərək şagirdlərə oğlu Samir kimi vətənpərvər olmağı və torpaqlarıımızı qorumağı tövsiyə etdi. Qazi Emin Abdinov çıxışında öz döyüş yolundan, qələbəni necə əldə etdiklərindən danışdı.Tədbir şagirdlərin "Qarabağ Azərbaycandır!" şüarını səsləndirilməsi ilə başa çatdı.