Məktəbdə "Yol hərəkəti qaydaları" aylığı ilə əlaqədar yekun tədbiri keçirildi

Hər il sentyabr ayının 25-dən oktyabr ayının 25-dək "Yol hərəkəti qaydaları" aylığı keçirilir. Məktəbdə "Yol hərəkəti qaydaları" aylığı ilə əlaqədar yekun tədbiri keçirildi. 24.10.2024-cü il tarixində 3"A", 3"B", 3"C" sinif rəhbərləri Quliyeva Şəmsiyyə, Qarayeva Məhbubə və Musayeva İradə şagirdlərlə birgə "Yol hərəkəti qaydaları" aylığı haqında maarifləndirici tədbir keçirtdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. 1 dəqiqəlik sükutla Vətən şəhidləri yad olundu. Aparıcı, 8"C" sinif şagirdi Məmmədhəsənova Nəzrin "Yol hərəkəti qaydalarının yaranma tarixi və yol nişanları haqqında tədbir iştirakçılarına məlumat verdi. Sonra 3-cü siniflər hazırladıqları çıxışları nümayiş etdilər, mahnı oxudular, səhnəciklər göstərdilər. Tədbirdə məktəbin direktoru Yaqut Kərimli müasir yol nişanları haqqında şagirdləri məluatlandırdı, onu da vurğuladı ki, hər bir vətəndaş yol hərəkəti qaydalarına əməl edərək öz həyatlarının təhlükəsizliyini qorumalıdır. Tədbirdə şagirdlərin çəkdikləri rəsmlər və hazırladıqları əl işlərindən ibarət sərgi də nümayiş olundu.Tədbir şagirdlərin ifasında "Yol" mahnısı ilə sona çatdı.