"Ekologiya aylığı" ilə bağlı "dəyirmi masa" keçirildi

18.10.2024-cü il tarixində "Ekologiya aylığı" ilə əlaqədar fizika müəllimi Şərəf Tağıyeva "Yaşıl enerji növləri" və "Dayanıqlı enerji mənbələri" mövzusunda 8"A" sinif şagirdləri ilə "dəyirmi masa" keçirtdi. Müəllim Tağıyeva Şərəf "Yaşıl enerji və Dayanıqlı enerji " nədir? - mövzusunda şagirdlərə məlumat verdi. O, Azərbaycanda, işğaldan azad olunmuş torpaqlarda da bu sahədə gorülən quruculuq işlərindən danışdı və onu da vurğuladı ki, ümumiyyətlə, Azərbaycan bərpa olunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Şagirdlərdən Aygün Ələkbərova "Yaşıl enerji növlərinin yaradılması", Lalə Tağılı isə "Dayanıqlı enerjinin mənbələri" haqqında hazırladıqları təqdimatlarını təqdim etdilər. İlyas Rəsulzadə, Fərid İsmayılov, Seyidəli Kazımlı, Ayan Əlizadə, Nəzrin Dünyamalıyeva mövzu ilə bağlı sual-cavabda fəal iştirak etdilər. Sonda mövzu ilə bağlı videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi