Ana təbiətin uşaqlara məktubu

Bu gün 2b sinfində Azərbaycan dilindən ''Ana təbiətin uşaqlara məktubu" mövzusu üzrə "Açıq dərs" keçirildi. Şagirdlər Ana təbiətin qorunmasının hər kəsin borcu olduğunu bir daha öyrəndilər. Təbiətin uşaqlara göndərdiyi məktubda onun insanlardan gileyini eşitdilər. Onlar meşələrin qırılması, heyvanların öldürülməsi, havanın çirklənməsinin hansı dəhşətli fəlakətlər törədə biləcəyi haqqında fikirlər söylədilər və Yer planetində yaşayan təbiətin düşmənlərini mərhəmətli, rəhmli olmağa çağırdılar. Balaca məktəblilər bundan sonra da öz üzərinə düşən vəzifələri yerinə yetirəcəklərinə söz verdilər. Eyni zamanda bildirdilər ki, hamımızın bir evi var. Bu da Yer planetidir. Gəlin, Ana təbiəti qoruyaq. Axı bizi o yaşadır ...