"Gəlin kitab oxuyaq" adlı Fleşmob

"Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər davam edir". 3 mart 2017-ci il tarixində kitabxanaçılar tərəfindən təşkil olunmuş "Açıq Rəf" - "Gəlin kitab oxuyaq" adlı Fleşmob keçirildi. Fleşmobda şagirdlər, müəllimlər, valideynlər iştirak edirdi. Fleşmobun keçirilməsinin əsas məqsədi şagirdlər arasında mütaliənin təbliği, mütaliə vərdişlərinin formalşması, istedadlı uşaqların aşkarlanması, eləcə də nitq mədəniyyətinin daha da zənginləşdirilməsi idi.