1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib

31.05.2024-cü il tarixində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar məktəbin həyətində tədbir keçirildi. Uşaqlar əllərində rəngli şarlarla sıraya düzləndilər. Uşaqlara aid musiqilər səsləndirildi. 2"B" və 4"B" sinif rəhbərləri Məhbubə Qarayeva və Nailə Qədirovanın təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı şagirdlər fləşmob keçirdilər. Sonda şagirdlər əllərindəki şarları havaya uçurdular.
2"C" sinif rəhbəri İradə Musayeva sinif təşkilat saatını Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr etdi. Şagirdlər şeirlər söylədilər, mahnılar ifa etdilər, oyunlar keçirtdilər. Kloun, Panda və illüziyaçı şagirdlərin qonağı oldu, onlar şagirdləri əyləndirdilər. Sonda məktəbin direktoru uşaqları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təbrik etdi.