28 may Azərbaycanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Dövlət müstəqilliyi ilə əlaqədar 24.05.2024-cü il tarixində məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Mətanət Əsgərova və 9"A" sinif rəhbəri Gülüsüm Hacıyevanın təşkilatçılığı ilə şagirdlərlə "Müstəqilliyimiz əbədidir!" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Vətən şəhidləri 1 dəqiqəlik sükutla yad olunub. Aparıcılar Z.Qənbərova və T.Hüseynov şair Xankişi Bəxtiyarın "Vətən" şeiri ilə tədbiri açıq elan ediblər. M.Hüseynova Azərbaycan Respublikasının müstəqilliyinin yaranma tarixindən danışıb. Azərbyan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin "Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa Ey şanlı Azərbaycan" kəlmələri ilə bitən lent yazısı səsləndirilib. E.Abbasov xalq şairi Səməd Vurğunun "Azərbaycan", Z.Əliverdiyeva müstəqillik gününə aid şeirlər söyləyiblər. Qızların "Nəlbəki" rəqsi, Ü.Qurbanlı və N.Qurbanlının "Azərbyacan" mahnısının sazda və Molouki Mobinin kamanda ifası, 5"B" sinif şagirdlərinin "Azərbaycan bayrağı" mahnısı tədbirə xüsusi rəng qatıb. Tədbirdə dahi lider H.Əliyevin Azərbaycan müstəqilliyi ilə bağlı nitqi izlənilib. Ulu öndərin layiqli davamçısı cənab prezident İ.Əliyevin "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!" kəlamları ilə tədbir sona çatıb. Sonda direktor müavini Leyla Əhmədova tədbirin təşkilatçılarına və şagirdlərə öz təşəkkürünü bildirib.
27.05.2024-cü il tarixində 28 May Azərbaycanın Müstəqilliyinin 106-cı ildönümü ilə bağlı siniflərdə güşələr hazırlandı, sinif saatlarında şagirdlərlə söhbətlər aparıldı, ibtidai siniflər rəsm dərslərində qürurumuz olan üçrəngli bayraq şəkilləri çəkdilər, şeirlər söylədilər, mövzu ilə bağlı videoçarx və filmlər izlədilər.