"Atalar məktəbdə" adlı layihə həyata keçirilib

07.05.2024-cü il tarixində "Atalar məktəbdə" adlı layihənin məqsədi məktəb ilə atalar arasında ünsiyyət platformasını yaratmaq, onları məktəb mühiti ilə tanış etmək, tədris prosesi təşkili istiqamətində həyata keçirilən fəaliyyətlər, yeniliklər haqqında məlumatlandırmaq olub. Atalar övladlarının təhsil aldığı sinif otaqlarında, STEAM otaqlarında dərs prosesini izləyib və tədris prosesinin təşkili ilə bağlı səmərəli fikir mübadiləsi aparıblar. Məktəbin şəhidi Samir Əliyevin xatirəsini anaraq büstünün qarşısında şəkil çəkdiriblər. Texnologiya müəllimləri Aidə İsmayılova və Xanım Siraczadənin 9"A", 9"B", 8"B" sinif şagirdləri ilə birgə hazırladıqları "Mətbəx mədəniyyətimiz" adlı sərgi ilə tanış olublar. Sərgi ilə tanışlıqdan sonra atalar musiqi müəllimi İradə Mustafayevanın 6"A", 6"B", 6"C", 7"A", 7"C" sinif şagirdlərinin iştirakı ilə təşkil etdiyi "Milli musiqimiz xalqımızın milli dəyəridir!" adlı tədbirdə iştirak ediblər. Şagirdlərin Azərbaycan filmlərindən hazırladıqları qısa səhnəciklər qonaqlar tərəfindən maraqla qarşılanıb. Sonda atalar məktəb rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkür ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi