Reproduktiv sağlamlıqla bağlı tədbirlər davam edir

15.04.2024-cü il tarixində 8"B" və 8"C" sinif şagirdləri ilə psixoloq Ulduz Mollayeva və həkim Lətifə Səfərova "Erkən nikahın fəsadları" mövzusunda 5-ci məşğələni keçirdilər. Həkim L.Səfərova şagirdlərə erkən nikahın fəsadları, tez ailə qurmanın düzgün olmaması, erkən yaşda dünyaya uşaq gətirmənin müxtəlif fəsadlara yol açması haqqında məlumat verdi. U.Mollayeva hər bir yeniyetmənin təhsilini tam axıra çatdırmalı olması, hər bir gəncin ailə qurmaqdan öncə maariflənməsi yollarından danışdı. Şagirdlər mövzu ilə bağlı videoçarx izlədilər, onların fikirləri müzakirə olundu və sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi