12 Aprel - Beynəlxalq Aviasiya və Kosmonavtika günüdür

09.04.2024-cü il tarixində fizika müəllimi Musayeva Asiyət 8"C" sinif şagirdləri ilə 12 Aprel - Beynəlxalq Aviasiya və Kosmonavtika günü ilə bağlı "dəyirmi masa" keçirtdi. Şagirdlər bu günün əvvələr tək SSRİ-də qeyd olunması, sonralar BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında yekdilliklə qəbul edilən qətnaməyə əsasən "12 Aprel Beynəlxalq Kosmosa Uçuş" günü kimi bütün dünyada qeyd olunması və ilk dəfə hansı heyvanın kosmosa göndərilməsi, 1961-ci il aprelin 12-də sovet vətəndaşı Y.Qaqarinin "Vostok" kosmik gəmisində Yer kürəsi ətrafında orbital uçuş həyata keçirməsi və ilk qadın kosmonavt V.Trişkova haqqında məlumat verdilər. Asiyət müəllimə azərbyacanlı general leytenant Kərim Kərimov Sovet İttifaqının kosmik proqramının əsas alimlərdən və qurucularından biri kimi qəbul edilməsi, uzun illər gördüyü işlər haqqında şagirdlərə məlumat verdi. Sonda mövzu ilə bağlı videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi