"Dəyərlərimizi qoruyaq!" layihəsi ilə bağlı "Mənəvi dəyərlərə söykənən münasibətlər mədəniyyəti" adlı tədbir keçirildi

04.04.2024-cü il tarixində 1"B" sinif rəhbəri Fərqanə Mirzəyeva və musiqi müəllimi Səfurə Qarayeva şagirdlərlə birgə Xətai Sənət Mərkəzində oldular. Şagirdlər tanınmış rəssamların əsərləri ilə tanış oldular. Bu əsərlərdə davranış və ünsiyyət mədəniyyəti, adət-ənənələri, milli-mənəvi dəyərlər əks olunmuşdu. Müəllim S.Qarayeva фоrtepianoda şair M.Günərin "Şən Azərbaycan" şeirinə bəstəkar P.Bülbüloğlunun bəstələdiyi mahnını ifa edərək tədbirə xüsusi rəng qatdı.Tədbirin keçirilməsində məqsəd şagirdlərin kiçik yaşlarından "davranış mədəniyyəti"ni dərindən öyrənmələridir. Şagirdlər Xətai Sənət Mərkəzindən xoş təəssüratla ayrıldılar. Yaratdıqları şəraitə görə Xətai Sənət Mərkəzinin rəhbərliyinə təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi