2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayan Aprel döyüşləri və ya "Dördgünlük müharibə" ilə əlaqədar tədbir keçirildi

03.04.2024-cü il tarixində 7"C" sinif rəhbəri Esmira Dəmirçiyeva şagirdlərlə "Aprel hadisələri" adlı tədbir keçirtdi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad olundu. Təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Əhmədova Aprel döyüşləri haqqında məlumat verdi və qeyd etdi ki, bu döyüşlər gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi, xalqımızın qələbəyə olan inamını artırdı. Şagirdlər Aprel döyüşlərinə həsr olunmuş şeirlər, məlumatlar söylədilər. Şagird Sadıqov Amil əsgər formasında Lələtəpə yüksəkliyinin simvolik maketinə qürurumuz olan Azərbaycan Bayrağını sancdı. İştirakçılar "Aprel hadisə"lərinə həsr olunmuş videoçarx izlədilər. Tədbir şagirdlərin ifasında sözləri Z.Ağayevaya, musiqisi R.Məmmədova məxsus "Yaşa mənim xalqım" mahnısı ilə sona çatdı və şəhid Samir Əliyev anılaraq xatirə lövhəsinin üzərinə qərənfillər qoyuldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi