Reproduktiv sağlamlıqla bağlı məşğələlərin keçirilməsi davam edir

01.04.2024-cü il tarixində psixoloq Ulduz Mollayeva və həkim Lətifə Səfərova 8"B" sinif şagirdləri ilə Zərərli vərdişlər "Alkoqolizm və Narkomaniya" mövzusunda 4-cü məşğələ ilə əlaqədar "dəyirmə masa" keçirtdilər. Məşğələdə yeniyetmə şagirdlərə zərərli vərdişlərdən, onların insan orqanizminə mənfi təsirindən, narkomaniya və alkoqol içkilərin təhsildən, cəmiyyətdən uzaq düşmə və sonda ölümə aparan ən qisa yol olduğu haqqında məlumat verdilər. Sonda mövzu ilə bağlı videoçarx izlənildi və şagirdlərin mövzu ilə bağlı sualları cavablandırıldı. Qeyd edək ki, məşğələlərin keçirilməsində məqsəd şagirdləri maarifləndirməkdən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi