"31 Mart Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş tədbir keçirildi

29.03.2024-cü il tarixində "31 Mart Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin şəhidi Samir Əliyevin timsalında 1 dəqiqəlik sükutla Vətən şəhidləri yad edildi. 9"A" sinif rəhbəri Gülsüm Hacıyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər 1918-ci ilin martında baş vermiş soyqırım hadisələri haqqında məlumat verdilər, şəhidlərə aid şeirlər söylədilər. Tədbirdə 31 Mart Azərbaycanlıların Soyqırımı hadisələrinə həsr olunmuş videoçarx izlənildi. Sonda çıxış edən dərs hissə müdiri Leyla Əhmədova qeyd edərək söylədi ki, mənfur ermənilərin Azərbaycan xalqına qarşı olunan qəddarlıqları unudulmayacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi