"Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

07.03.2024-cü il tarixində 4"A" "Yaşıl sinif"in sinif müəllimi Zəhra Muradova şagirdlərlə "Dəyərlərimizi qoruyaq!" adlı açıq sinif saatı keçirib. Tədbirdə faydalı vitaminlərlə zəngin olan, həm də sağlamlığa kömək edən dərman bitkiləri haqqında məlumat verilib. Şagirdlər faydalı bitkilərdən, onların şəfasından və qidalanma qaydalarından danışıblar. Tədbirdə şəfalı bitkilərə aid şeirlər söylənilib, mahnılar ifa olunub. Müxtəlif güllərdən, təbii dərman bitkilərindən və orqanik məhsullardan hazırlanmış güşə "yaşıl sinif"ə əsrarəngiz gözəllik verib. Təqdimata uyğun seçilmiş geyimlər isə tədbirə xüsusi rəng qatıb. Tədbirin sonunda məktəbin direktoru Yaqut Kərimli 4"A" sinif müəllimi Zəhra Muradovaya və şagirdlərə maraqlı tədbir hazırladıqları üçün təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi