"İdman həftəsi" layihəsi-5 Mart "Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar tədbirlərin keçirilməsi davam edir

06.03.2024-cü il tarixində idman sahəsində nailiyyətləri olan idmançı, "Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqov ilə görüş keçirilib. Baş məşqçi Rəşad Sadıqov görüş iştirakçılarına öz həyat yolu haqqında, bu sahədə rastlaşdığı çətinliklər, qazandıqları uğur və nailiyyətlər haqqında, keçirdiyi oyunların və vurduğu qolların sayı, Azərbaycan milli komandasının heyətində ən çox oyun keçirən futbolçu olduğu haqqında məlumat verib. Rəşad Sadıqov futbol idman oyunu ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıb.Görüş ərzində auditoriyanın diqqətinə sağlam həyat tərzinin vacibliyini çatdırıb. Daha sonra ona ünvanlanan sualları cavablandırıb. Tədbirin sonunda məşhur məşqçi ilə imza mərasimi keçirilib və xatirə şəkilləri çəkdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi