Dilimiz varlığımızdır

Bu gün məktəbimizdə "Ana Dili" günü münasibətilə "Dilimiz-varlığımızdır" adlı tədbir keçirildi.Tədbirdə məktəbin 6-cı, 9-cu, 10-cu sinif şagirdləri böyük coşqu ilə iştirak etdilər. Onlar öz doğma Ana dilimizə-Azərbaycan dilinə olan məhəbbət və sevgilərini söylədikləri seirlər, oxuduqları mahnılar, tərtib etdikləri səhnəciklərlə nümayiş etdirdilər. Şagirdlərimizin B.Vahabzadənin, X.R.Ulutürkün, N.Xəzrinin, Z.Yaqubun Ana dilimizə böyük sevgi əks etdirən şeirlərini ürəklə söyləməsi bir daha sübut edir ki, illərin, əsrlərin keçməsinə baxmayaraq bu dil özlüyündə özünə qarşı böyük istəyi həmişə yaşadacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi