1 mart "Mülki Müdafiə Günü" ilə əlaqədar maarifləndirici tədbir keçirildi

29 fevral 2024-cü il tarixində "1 Mart - Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar Gənclərin Çağırışaqədərki Hazırlıq Rəhbəri Rasim Tağıyevin, həkim Lətifə Səfərovanın birgə təşkilatçılığı ilə 5"A", 5"B", 5"C", 6"A", 6"B", 6"C" şagirdləriylə maarifləndirici tədbir keçirildi. Şagirdlərə Mülki Müdafiə haqqında geniş məlumat verildi, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi, fəlakətlər zamanı könüllülərin rolu haqqında məlumat verildi. Sonda şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı və çəkdikləri rəsmlər nümayiş olundu.

#MülkiMüdafiəGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi