Xocalı soyqırımına həsr olunmuş "Dumanda itən şəhər" adlı bədii kompozisiya keçirildi

23.02.2024-cü il tarixində 5"A" sinif rəhbəri Aidə İsmayılovanın təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar "Dumanda itən şəhər" adlı bədii kompozisiya keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. 1 dəqiqəlik sükutla Vətən şəhidləri yad olundu. Şagirdlər amansız və qəddar soyqırım aktının insanlıq tarixində ən qorxulu kütləvi terror olduğunu bildirdilər. Qeyd etdilər ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Şagirdlər tədbirdə Xocalı hadisəsi ilə əlaqəli müxtəlif şeirlər səsləndirdilər, 30 illik torpaq həsrətinə son qoyulması haqqında qürurverici fikirlər söylədilər: "Xalqımız səfərbər olaraq Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək qələbə çaldı. Bütöv bir Azərbaycan qurdu!" Tədbirdə şagirdlərin ifasında Bəhram Nəsibovun "Qarabağ" mahnısı ifa olundu. Sonda məktəbin direktoru Yaqut Kərimli Xocalı soyqırımına dövlət tərəfindən verilən hüquqi-siyasi qiymətdən, onun soyqırım kimi tanınmasından danışdı. Xocalı soyqırımı qurbanlarını yad etmək , doğma vətənə sevgi , məhəbbət hisslərini aşılamaq məqsədi ilə həyata keçirilən bu tədbirə görə təşkilatçılara təşəkkürünü bildirdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi