21- Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı "Mənim Doğma Ana dilim" adlı "dəyirmi masa" keçirildi

21.02.2024-cü il tarixində 21- Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı Azərbaycan dili və ədəbiyyat müəllimi Telnaz Teymurova 5"C" sinif şagirdləri ilə "Mənim Doğma Ana dilim" adlı "dəyirmi masa" keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. 5"C" sinif şagirdi Ömər Sarvanlı tədbiri Dədə Qorqudun Ana dilinə aid kəlamları ilə açdı. Şagird Şəbnəm Alışlı dilimizin tarixindən və zənginliyindən danışdı. Şagirdlər xalq şairləri Bəxtiyar Vahabzadənin "Ana dili", Tofiq Bayramın "Ana dilim" şeirlərindən parçalar söylədilər. Onların ifasında "Şirin dil" mahnısı tədbirə xüsusi rəng qatdı. Tədbirdə Dillər Universitetinin təcrübəçi müəllimləri də iştirak edirdi. Onlar tədbirin sonunda Telnaz Teymurovaya təşəkkürünü bildirərək Dahi Lider Heydər Əliyevin "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir!" sözləri ilə fikirlərini sona çatdırdılar. Tədbirin sonunda "Ulu Öndər Heydər Əliyevin ana dili haqqında kəlamları" adlı videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi