Reproduktiv sağlamlıqla bağlı "Reproduktiv sağlamlıq nədir?" mövzusunda maarifləndirici üçüncü məşğələ keçirildi

Reproduktiv sağlamlıqla bağlı psixoloq Ulduz Mollayeva və həkim Lətifə Səfərovanın təşkilatçılığıyla 9-cu sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq nədir?" mövzusunda maarifləndirici tədbir keçirildi. Məşğələdə "Reproduktiv sağlamlıq nədir?", "Reproduktiv sağlamlığın əsasları" haqqında şagirdlərə məlumat verildi. Yeniyetmələrin fiziki, psixi, əqli cəhətdən sağlam böyümələri üçün zərərli vərdişlərdən uzaq olmaları tövsiyə edildi. Qeyd olundu ki, gigiyena, sanitar gigiyenik qaydalara əməl olunması və fizioloji baxışdan qız və oğlan uşaqlarının normal yetişməsi gələcəkdə sağlam nəslin yetişməsinə səbəb olur. Sonda həkim S.Səfərova və psixoloq U.Mollayeva şagirdlərin suallarını cavablandırdılar və mövzu ilə bağlı videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi