Şagirdlərimiz "Bilim Bakı Mərkəzi"ndə ekskursiyada oldular

"02.02.2024-cü il tarixində 4"B", 5"C", 7"A" sinif şagirdləri sinif rəhbərləri Nailə Qədirova, Nuranə Dadaşova və Telnaz Teymurova ilə birgə dərsdənkənar vaxtlarını səmərəli keçirmək məqsədiylə "Bilim Bakı Mərkəzi"ndə ekskursiyada oldular. Şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşmasına, kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə "Bilim Bakı" mərkəzi həmişə dəstək göstərir. Mərkəzdə təlim 6 fərqli laboratoriyalarda şagirdlərin yaş qrupuna uyğun olaraq formalaşdırılmışdır.Təlimlərdə keçirilən mövzular şagirdlərimiz tərəfindən çox maraqla qarşılandı. Təlimdə şagirdlər maarifləndirildilər və ekskursiyadan xoş təəssüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi