Gənclər Günü ilə bağlı "dəyirmi masa" keçirildi

02.02.2024-cü il tarixində 2 Fevral-Gənclər Günü münasibətiylə 10-cu və 11-ci sinif şagirdləri, gənc müəllim İradə Musayeva və təşkilatçı Mətanət Əsgərova "dəyirmi masa" keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin şəhidi Samir Əliyevin timsalında 1 dəqiqəlik sükutla vətən şəhidləri yad olundu. Gənc müəllim İradə Musayeva şagirdlərə öz həyat yolundakı uğurları haqqında məlumat verdi. O tövsiyə etdi ki, həyatda məqsədinizə çatmaq üçün daima çox çalışmalısınız. 11"A" sinif şagirdi Kəmalə Sənayeva dövlət tərəfindən gənclərə verilən dəyərlərdən danışdı. Məktəb üzrə "Kiçik Akademiyanın" prezidenti Əli Əfəndiyev 10-cu və 11-ci sinifləri Gənclər Günü ilə əlaqədar təbrik etdi, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzuladı. Təşkilatçı Mətanət Əsgərova Gənclər Günü münasibəti ilə şagirdləri təbrik edərək, Ulu Öndər Heydər Əliyevin sözləri ilə tədbiri yekunlaşdırdı: "Siz gənclər Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz."

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi