I yarımilin yekunlarına həsr olunmuş Pedaqoji Şuranın iclası keçirilib

30.01.2024-cü il tarixində I yarımilin yekunlarına həsr olunmuş Pedaqoji Şuranın iclası keçirilib. İclas zamanı I yarımilin yekunları, siniflər üzrə keyfiyyət faizləri, I yarımil ərzində keçirilmiş mövzu sınaq imtahanlarının nəticələrinin təhlili, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilmiş 4, 6, 7 və 8-ci siniflərdə monitorinqlərin statistik təhlilinin müzakirəsi, fənn aylığı çərçivəsində görülən işlər və II yarımildə görüləcək işlər müzakirə olunub. Pedaqoji Şura iclasında, eyni zamanda şagird təhlükəsizliyinin təminatı və məktəbdə sağlam mənəvi-psixoloji mühitin formalaşması ilə bağlı məsələlər təhlil edilmiş, müvafiq tapşırıqlar verilmiş, məktəbin psixoloqu Ulduz Mollayevanın psixoloji xidmətin təşkili ilə bağlı hesabatı dinlənilmişdir. İclasın sonunda təlim-tərbiyə prosesində fəaliyyətinə görə fərqlənən heyət və gənc müəllimlər rəğbətləndirilmişdir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi