Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Dəyərlərimizlə gələcəyimizi qoruyaq" layihəsi çərçivəsində "Pətək" İB-nin komandası məktəbimizdə qonaq oldu

22.01.2024-cü il tarixində "Pətək" İB-nin komandası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Dəyərlərimizlə gələcəyimizi qoruyaq" layihəsi çərçivəsində məktəbimizdə qonaq oldu. Şagirdlərimizin iştirak etdiyi təqdimat maraq və sevinclə qarşılandı. Diskusiya zamanı sual-cavabda şagirdlərimiz çox aktiv, çox fəal iştirak edirdi. Qonaqlar qeyd etdilər ki, keçirdikləri görüşlərdə iştirak edən hər bir şagirdə verilən həyat dərsləri ömür boyu unudulmayacaq. Şagirdləriniz Vətənini sevən, dəyərlərinə sadiq, faydalı, əsl azərbaycanlı kimi yetişəcəklər. Sonda qonaqlarımız layihənin keçirilməsi üçün yaradılan şəraitə görə məktəbin direktoru Yaqut Kərimli və təşkilatçı müavin Mətanət Əsgərovaya öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi