"20 Yanvar bizim qəhrəmanlıq səlnaməmizdir" adlı tədbir keçirildi

17.01.2024-cü il tarixində Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının ildönümü ilə əlaqədar məktəbin 5"B" sinif rəhbəri Suğra Ramazanova şagirdlərlə Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar qəhrəmanlıq səlnaməmiz, qürur yerimiz olan, ölkəmizin azadlığı uğrunda şəhid olanların xatirəsini yad edib, məzarları üzərinə qərənfillər düzüblər.18.01.2024-cü il tarixində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Suğra Ramazanovanın təşkilatçılığı ilə 5"B" sinif şagirdləri "20 Yanvar bizim qəhrəmanlıq səlnaməmizdir" adlı tədbir keçirdi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin Vətən müharibəsi şəhidi Samir Əliyevin timsalında bütün şəhidlər 1 dəqiqəlik sükutla yad olundu.Tədbirdə Qanlı Yanvar faciəsi haqqında məlumatlar verildi. Qeyd edildi ki, 1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Vətən heç vaxt öz şəhidlərini unutmayacaq. Tədbir boyu Kamil Cəlilovun ifasında səslənən "Zəmin-xarə muğamı" sədaları altında şagirdlər şəhidlər haqqında şeirlər və bayatılar söylədilər. Tədbirdə direktor müavini Leyla Əhmədova çıxış edərək söylədi ki, "Şəhidlər Xiyabanı" bizim qürur yerimizdir. 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki 30 illik torpaq həsrətinə son qoyuldu. 20 Yanvarda başlayan azadlıq mübarizəmizi Vətənimizin bütövlüyünü bərpa edərək tamamladıq! Sonda tariximizin dəhşətli cinayət hadisəsi olan "20 Yanvar” faciəsi haqqında videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi