Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin VII Qrant müsabiqəsi qalibi olan "İnkluziv qruplarda STEAM məşğələləri" layihəsinin bağlanış tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar” VII Qrant müsabiqəsi qalibi olan "İnkluziv qruplarda STEAM məşğələləri" layihəsinin bağlanış tədbiri keçirilib. Bağlanış tədbirində məktəbin direktoru Yaqut Kərimli, layihənin rəhbəri Ravil Abdullayev, STEAM üzrə mütəxəssis, layihənin təlimçisi Sona Kərimova və STEAM üzrə mütəxəssis, layihənin eksperti Həbib Əlizadə, məktəb müəllimləri, valideynlər iştirak etdilər. Tədbirdə layihə çərçivəsində təlimlərdə iştirak etmiş müəllim və şagirdlərlə aparılan işin səmərəliliyindən alınan nəticələrdən danışılıb. Qeyd edilib ki, 3 ay ərzində icra olunan layihədə əsas məqsəd "İnkluziv təhsilin" inkişafını təmin etmək, sağlamlığı məhdud olan şagirdlərin sağlam şagirdlərlə eyni təlim mühitinə adaptasiya olunmasını təmin etməkdən ibarət olub. Təlim müddətində qarşılıqlı əməkdaşlıq, birgə öyrənmə, qrup şəklində fəaliyyət təşkil edilib. Tədbirin sonunda layihə haqqında hazırlanmış videoçarx nümayiş olunub və təlimdə iştirak edən müəllim və şagirdlərə sertifikat təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi