Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası

"Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın Ekoloji tarixi və etnoqrafiyası" mövzusunda aylıqla əlaqədar olaraq məktəbimizdə bir sıra tədbirlər keçirmək planlaşdırılmışdır. Belə tədbirlərdən biri də şagirdlərimizi qədim mədəniyyətimizlə tanış etməkdir. Bunun üçün tarix müəllimi Zümrüd Həsənquliyeva ve Ülviyyə İsmayılova keçmişdən bizə miras qalmış bir sıra məişət əşyalarını, musiqi alətlərimizi, milli geyim nümunələrindən ibarət bir sərgi təşkil etmisdir. Sərgidə nənə və babalarımızın hazırladıqları və istifadə etdikləri məişət əşyaları, bəzək əşyaları nümayiş etdirilir. Nənələrimizin göz nuru ilə tikdikləri incə naxışlı tikmələr, qiymətli əşyalarını saxladıqları sandıqlar, milli xörəklərimizin bişirilməsində istifadə etdikləri mis qazan, kəfkir, çömçələr, yuxa bişirdikləri sac, incə naxışlı xalçalar şagirdlərimizin, valideynlərimizin, hətta məktəbimizə gələn qonaqların maraq obyektindədir. Sərgidə həmçinin qədim farmaş, ərsin, xalça toxumaq üçün kirkid, həvə kimi nadir əşyalar var. Bununla müəllimlərimiz xalqımızın qədim sənət sahələrini, musiqimizi, milli yeməklərimizi, memarlıq abidələrimizin təbliğini önə çəkməyə çalışmışlar. Belə maraqlı sərgiyə görə müəllimlərimizə minnətdarıq.