Yaşıl layihə: "Təbiəti qoruyanlar" layihəsinin keçirilməsi ilə bağlı tədbirlər davam edir

20.12.2023-cü il tarixində coğrafiya müəllimi Məryəm Mehtiyeva 8"B" sinif şagirdləri ilə "Ətraf mühitin və ekologiyanın mühafizəsi" ilə bağlı maarifləndirici tədbir keçirdi. Şagirdlər "Ekologiya elmi nədir?", bu sözün ilk dəfə kim tərəfindən işlədilməsi, ekoloji hadisələrin təbiətdə hansı fəsadlara yol açması haqqında fikirlər söylədilər. Şagirdlər mövzu ilə bağlı səhnəciklər təqdim etdilər. Metodbirləşmə sədri Gülüsüm Hacıyeva ətraf mühitin və ekologiyanın qorunmasının günün aktual məsələlərindən biri olduğunu qeyd etdi. Sonda mövzu ilə bağlı videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi