12 Dekabr 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olundu

Məktəbin kitabxanasında kitabxanaçı Məhparə Hacıyeva 3"A" və "6"C" sinif şagirdləri ilə "dəyirmi masa" keçirdi. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyev və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Kitabxanaçı Məhparə Hacıyeva çıxış edərək şagirdlərdə vətənpərvərlik ruhunun yüksəlməsində, gənc nəslin tariximizə dair biliklərinin möhkəmləndirilməsində Ulu Öndərin rolu haqqında məlumat verdi. Şagirdlər Ulu Öndər Heydər Əliyev haqqında təqdimat nümayiş etdirdilər, şeirlər söylədilər və mahnı ifa etdilər, dahi Liderə aid videoçarx izlədilər.