"Ən qiymətli nemət" nağılının tamaşası oldu

11.12.2023-cü il tarixində yazıçı Gülzar İbrahimovanın "Ən qiymətli nemət" nağılının tamaşası oldu. Tamaşanı 4"B" sinif rəhbəri Nailə Qədirova və şagirdləri səhnələşdirmişdilər. Sağlamlığı qorumaq və onun qayğısına qalmaq haqqında öyrədici nağılda əsasən uşaqları kiçik yaşlarından zəhmətə alışdırmaq, əməyi sevməkdən bəhs olunur. Tamaşada səhnənin dekorasiyası, şagirdlərin nağıldakı obrazlara uyğun geyimləri, çıxışları, Nailə müəllimin "Sehirli nənə" obrazı iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. Nağılın baş qəhrəmanı Nigarın həyat hekayəsindən son monoloqu: "Can sağlığı ən gözəl nemətdir" sözləri ilə nağıl yekunlaşdı. Məktəbin direktoru Yaqut Kərimli Nailə müəllimə və şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi