Dahi Lider Heydər Əliyevin 12 dekabr "Anım Günü" ilə bağlı tədbirlər davam edir

08.12.2023-cü il tarixində Dahi Lider Heydər Əliyevin 12 dekabr "Anım Günü" ilə əlaqədar tarix müəllimi Elnarə Rüstəmova 10"A" sinif şagirdləri ilə konfrans keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Dahi Lider Heydər Əliyev və Vətən şəhidləri 1 dəqiqəlik sükutla yad olundu. Elnarə Rüstəmova Azərbaycanın xilaskarı, qurucusu Ulu Öndər Heydər Əliyevin xalqına əvəzsiz xidmətləri haqqında danışdı. Şagirdlər Heydər Əliyevin gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət və qayğı ilə yanaşması, təhsilin inkişafında böyük rolunun olması haqqında məlumat verdilər. Sonda Ulu Öndər Heydər Əliyevlə bağlı videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi