"Dilimizi qoruyaq!" şuarı altında tədbirlərin keçirilməsi davam edir

06.12.2023-cü il tarixində məktəbin musiqi müəllimi İradə Mustafayeva 6"C" sinif şagirdləri ilə xalq mahnılarının və zərbi-məsəllərin məğzinin araşdırılmasıyla bağlı dəyirmi masa keçirdi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Şagirdlər "Ay bəri bax", "Küçələrə su səpmişəm", "Sarı Gəlin", "Ay Laçın" mahnılarının yaranma tarixi haqqında məlumat verdilər. "Ay bəri bax" mahnısının sədaları altında Hüseynova Məhin, Yolçuyeva Mehrin rəqs edərək tədbirə xüsusi rəng qatdılar. Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi "Küçələrə su səpmişəm" adlı xalq mahnısının şagirdlərin ifasında səslənməsi alqışlarla qarşılandı. Müəllim İradə Mustafayeva xalq mahnıları və zərb alətlərinin növləri mövzusunda şagirdlərlə sorğu apardı. Sonda mövzu ilə bağlı videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi