Tədbirlər Planına uyğun olaraq 01.12.2023-cü il tarixində "Beynəlxalq Əlillər Günü" qeyd olunub

Bütün dünyada hər il dekabrın 3-də "Beynəlxalq Əlillər Günü" qeyd olunur. Bununla bağlı sinif müəllimlərinin təşkilatçılığı ilə nitq qüsurlu şagirdlərlə "Bizim dünyamız" adlı tədbir keçirildi. Tədbir Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeiri ilə başladı. Tədbirdə Əlillər Günü ilə bağlı videoçarx izlənildi. Şagirdlər Vətən, Azərbaycan, Şuşa, Qarabağa aid şeirlər söylədilər və rəqs etdilər. 8"X" sinif şagirdləri "Qaynana" kinofilmindən bir fraqman göstərdilər. 9"X" sinif şagirdləri "Çobanlar" rəqsi ilə tədbirə xüsusi rəng qatdılar. Sonda məktəbin direktor müavini Leyla Əhmədova təşkilatçılara öz təşəkkürünü bildirdi və şagirdləri Beynəlxalq Əlillər Günü münasibətilə təbrik etdi. Nitq qüsurlu siniflərin hazırladıqları əyləncəli proqram iştirakçılar tərəfindən bəyənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi