"7-dən 17-yə Vətənpərvər!" layihəsinin keçirilməsi ilə bağlı tədbirlər davam edir

29.11.2023-cü il tarixində coğrafiya müəllimi Gülüsüm Hacıyeva 9"A" və 7"B" sinif şagirdləri ilə "Çiçəklənən Qarabağ" adlı bədii-musiqili tədbir keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad olundu.Tədbirdə coğrafiya müəllimi Gülüsüm Hacıyeva çıxış edərək Qarabağın Dağlıq hissəsinin iqtisadiyatı, faydalı qazıntıları, mineral sərvətləri və tarixən ixtisaslaşmış kənd təsərrüfatı sahələri haqqında şagirdləri məlumatlandırdı və Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Azərbaycanın iqtisadi inkişafında rolundan danışdı. 9"A" sinif şagirdləri işğaldan azad olunmuş rayonlarımız haqqında maraqlı məlumatlarla çıxış etdilər. 7"B" sinif şagirdlərinin "Vətən müharibəsi" haqqında hazırladıqları səhnəcik hamını duyğulandırdı. Onların ifasında "Şən Azərbaycan" rəqsi və 9"A" sinif şagirdi Ülkər Qurbanlının saz ifası isə tədbirə rəng qatdı. Tədbirdə Qarabağla bağlı Ali Baş Komandan İlham Əliyevin çıxışı izlənildi. Sonda təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Əhmədova Gülüsüm Hacıyeva və şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi