Təbiətdə gərəksiz canlı yoxdur

Məktəbin 3a sinif şagirdləri "Təbiətdə gərəksiz canlı yoxdur" adı altında layihə keçirmişlər. Şagirdlər canlılar aləminə aid maraqlı referatlar yazmış, canlıların təsvirini yaratmışlar. Maarifləndirici bukletlər hazırlayıb qonşu siniflərə paylamışlar. Layihədə şifahi xalq ədəbiyyatı və yazılı ədəbiyyata dair nümunələr vasitəsi ilə həşəratların faydası və zərəri haqqında məlumat verilmişdir. İbtidai sinif müəllimi Mətanət Əliyevanın hazırladığı slaydlarda canlılar aləminin müxtəlifliyi, faydası və təbiətdə gərəksiz canlının olmadığı şagirdlərin nəzərinə çatdırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi