Pedaqoji Şuranın növbəti iclası keçirilib

17.11.2023-cü il tarixində Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur. Həmçinin, BŞTİ tərəfindən keçirilmiş monitorinqin nəticələri pedaqoji heyətin diqqətinə çatdırılmış, qərara alınmışdır ki, növbəti günlərdə metodbirləşmə iclasları keçirilsin və ayrı-ayrılıqda təşkil olunacaq metodbirləşmə iclaslarında məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması istiqamətində fəaliyyətlər təşkil olunsun. Eyni zamanda məktəbin direktoru Yaqut Kərimli çıxış edərək "Yeniləşən məktəb" layihəsi çərçivəsində mentor müəllimlərin seçilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təlimlərə cəlb olunmasını pedaqoji heyətin diqqətinə çatdırmışdır. Ümumi təhsil müəssisələrini yeni dövrün çağırışlarına uyğunlaşdırmaqla milli özünüinkişaf modelini yaratmağı qarşısına məqsəd qoyan "Yeniləşən məktəb" layihəsindən məktəbimizin də töhvə alacağına ümidli olduğunu bildirən məktəb direktoru müəllimlərin metodik inkişafının şagird naliyyətlərinin artırılması istiqamətindəki rolundan söz açıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi