8 Noyabr "Zəfər Günü" və 9 Noyabr "Bayraq Günü" ilə bağlı tədbirlər davam edir

06.11.2023-cü il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Telnaz Teymurova 7"A" sinif şagirdləri ilə birgə "Qələbən Mübarək Azərbaycan!" adlı musiqili ədəbi-bədii kompozisiya təşkil etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və 1 dəqiqəlik sükutla Vətən şəhidlərinin xatirəsi yad olundu. Tədbirdə Şəhid Samir Əliyevin ailəsi, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdi. Tədbir şagirdlərin qürur mənbəyimiz olan üçrəngli Bayrağımızı "Vətən" mahnısının sədaları altında çiyinlərində gətirərək səhnəyə daxil olması ilə açıldı. Şagirdlər Vətən, Azərbaycan, Bayraq və Zəfər Gününə həsr olunmuş şeirlər söylədi. 44 günlük müharibə ilə bağlı hekayədən bir parça səhnələşdirilib nümayiş olundu. Şəhid Samir Əliyevə həsr olunmuş şeirlər söylənildi, "Xudayar təsnifatı" səsləndirildi. Qızların ifasında "Uzundərə"rəqsi tədbirə rəngarənglik qatdı. Tədbirdə 44 günlük Vətən müharibəsi ilə bağlı Prezident İlham Əliyevin nitqi dinlənildi. Şagirdlərin ifasında bəstəkar Emin Sabitoğlunun "Can Azərbaycan" mahnısının sədaları ilə şagirdlər çıxışlarını bitirdilər. Tədbirdə çıxış edən Şəhid Samir Əliyevin nənəsi Cəmilə xanım nəvəsinin döyüş yolundakı igidliyindən danışaraq şagirdlərə vətənpərvər olmağı tövsiyə etdi. Məktəbin direktoru Yaqut Kərimli 8 Noyabr "Zəfər Günü" və 9 Noyabr "Bayraq Günü" münasibətilə qonaqları və iştirakçıları təbrik etdi və 7"A" sinif rəhbəri Telnaz Teymurovaya və şagirdlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi