"Uşaq hüquqları aylığı" ilə əlaqədar maarifləndirici tədbir

"Uşaq Hüquqları aylığı" ilə bağlı maarifləndirici tədbir keçirildi. 04.11.2023-cü il tarixində tarix müəllimi Ülviyyə Zaidova 8"B" sinif şagirdləri ilə "dəyirmi masa" keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən şəhidləri 1 dəqiqəlik sükutla yad olundu. Şagirdlər Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi tarixi haqqında fikirlər söylədilər. Tədbirdə Konvensiyanın maddələri haqqında, uşaqlarla düzgün rəftar, davranış qaydaları, öz hüquq və vəzifələri haqqında müzakirələr aparıldı. Uşaq hüquqlarına aid videoçarx izlənildi və ulu Öndər Heydər Əliyevin uşaqlarla bağlı nitqi dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi