Bilik yarışı

25 yanvar 2017-ci il tarixdə məktəbdə coğrafiya müəllimi Gülsüm Hacıyevanın rəhbərliyi ilə VII və VIII siniflər arasında bilik yarışı keçirilib. Birinci mərhələdə 7a sinfinin “Zirvə” komandası, 7b sinfinin “Günəş” komandası iştirak etdi. Yarış çox maraqlı keçdi, üzvlər həyəcanlı anlar keçirdilər. İkinci mərhələdə 8a sinfinin “Ulduz” və 8b sinfinin “Səma” komandaları mübarizə apardılar. Yarışda münsiflər heyəti də şagirdlərdən seçilmişdi: Kərimova Aytən – 10a, Hacızadə Elvin – 11a, Əyyubzadə Sevinc – 11a. Yarışda əsas məqsəd qalib komandanı, məğlub komandanı müəyyən etmək yox, dostluğun, biliyin, dünyagörüşünün qələbə çalması idi.