"7-dən 17-yə vətənpərvər!" layihəsinin keçirilməsi ilə bağlı "Zəfər Günü" və "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" münasibətilə "dəyirmi masa" keçirildi

1 Noyabr 2023-cü il tarixində "Zəfər Günü" və "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" münasibətilə məktəb kitabxanaçıları Zəhra Qarayeva və Məhparə Hacıyeva 3"A", 5"A", 6"A" və 6"C" sinif şagirdləri ilə "dəyirmi masa" keçirtdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən şəhidləri 1 dəqiqəlik sükutla yad olundu. Prezident İlham Əliyevin "Zəfər Günü" ilə bağlı nitqi səsləndirildi. Şagirdlər Cəfər Cabbarlının "Azərbaycan Bayrağına", Bəxtiyar Vahabzadənin "Bayraq", Əhməd Cavadın "Azərbaycan Bayrağına" adlı şeirlərindən parçalar söylədilər. Sonda Azərbaycan Bayrağının yaranma tarixi haqında "videoçarx" izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi