Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsinin qalibi olmuş "İnklüziv qruplarda Steam məşğələləri" layihəsinin açılış tədbiri keçirilib

26.10. 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsinin qalibi olmuş "İnklüziv qruplarda Steam məşğələləri" layihəsinin açılış tədbiri keçirildi. Açılış mərasimində məktəbin direktoru Yaqut Kərimli, layihə qalibi, məktəbin tarix müəllimi Ravil Abdullayev, Steam üzrə mütəxəssis Sona Kərimova, Steam dərslərinin təşkil ediləcək İnklüziv qrup şagirdləri və onların valideynləri, məktəb müəllimləri iştirak etdilər. Qeyd edək ki, layihənin məqsədi məktəbimizin 5-9-cu sinif şagirdləri üçün İnklüziv qruplarda STEAM təlimlərini təşkil etmək, onlarda bu sahə üzrə bilik və bacarıqları artırmaqdır. Dərslər zamanı şagirdlərə dərslərin bir-biri ilə inteqrasiya edilərək öyrənmə texnologiyaları mənimsədiləcək. "Microbit.org" və "Tinkercad.com" platformasında mühəndislik, dizayn vermə, layihələr yaratmaq üzrə dərslər keçiriləcək. Bütün bunlar sağlamlığı məhdud olan uşaqların həyat eşqinin, həvəsinin daha da artmasına səbəb olacaq. #bakı55saylitamortamekteb  #VIIqrantmüsabiqəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi