"Nağıllar aləminə səyahət" adlı "dəyirmi masa" keçirildi

Azərbaycan dili və ədəbiyyatı aylığı ilə əlaqədar  24.10.2023-cü il tarixində  məktəbin kitabxanasında fənn müəllimi Bağırova Ziyafət 5"C" sinif şagirdləri ilə birgə "Nağıllar aləminə səyahət" adlı "dəyirmi masa" keçirdi. Burada məqsəd nağıllardakı sətiraltı mənanı aydınlaşdıraraq şagirdlərin bilik və qabiliyyətini daha da yüksəltmək idi. Şagirdlər epik janrın əsas və maraqlı növü olan nağıllar haqqında ümumi məlumat verdilər. Şagirdlərdən Aylin "Sehirli nağıllar" haqqında öz fikirlərini yoldaşları ilə bölüşdü. Helena "Tarixi nağıllar haqqında" danışaraq tarixi şəxsiyyətlərin nağıllarda necə təsvir olunduğunu, məişət nağılları haqqında danışan Məryəm isə bu nağılların xalqın həyat və məişətindən götürüldüyünü söylədi. Aydın  heyvanlar haqqında danışaraq bu nağılların bir metafora olduğunu, öz sürət xüsusiyyətlərini, insani xarakterlərdən aldığını bildirdi.Sonra şagirdlər "Şah Abbas və Bostançı" nağılını dinlədilər və "Balaca Şahzadə" nağılını mütaliə etdilər. Yekunda şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olundu. Tədbirdə iştirak edən məktəbin direktor müavinləri Leyla Əhmədova və Mətanət Əsgərova,  fənn müəllimi Telnaz Teymurova, sinif rəhbəri Nuranə Dadaşova tədbir haqqında öz fikirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi