Yol hərəkəti aylığı ilə əlaqədar yekun tədbir keçirilib

Yol hərəkəti aylığı ilə əlaqədar 20.10.2023-cü il tarixində məktəbin həyətində yekun tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 3"A", 3"B", 3"C" sinif şagirdlərinin iştirakı ilə davam edən tədbirdə yol hərəkətinə aid şeirlər söylənilib,  nəğmələr ifa edilib. Şagirdlər  öz çıxışlarını yol hərəkəti qaydalarına aid səhnəciklə tamamlayıblar. Tədbirin sonunda çıxış edən  məktəbin direktoru Yaqut Kərimli qeyd edib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etməkdir. O, şagirdlərə yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən söhbət açıb, nişanlardan düzgün istifadə qaydaları haqqında məlumat verib, piyada yolu keçərkən diqqətli olmalarını,  yol hərəkət qaydalarından düzgün istifadə etmələrini tövsiyə edib. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi