Ekologiya və ekoloji tarazlıq

24.01.2017-ci il tarixində məktəbimizdə “Ekologiya və ekoloji tarazlıq” mövzusunda tədbir keçirilmişdir. Əvvəlcə aparıcımız 7a sinif şagirdi Qədirli Zenfira tədbirimizi açıq elan etdi və “Ekologiya” haqqında qısa danışdı, sonra Məmmədli Mətin “Ekologiya nədir?” mövzusunda prezentasiya təqdim etdi. Sonra 6b sinif şagirdləri Əhməd Cavadın “Göy göl” şeirini söylədilər. Bu zaman təqdim olunan musiqili çarx Göy gölün füsunkarlığını və Azərbaycanın mirvarisi olduğunu şagirdlərin hiss etməsinə yardımçı oldu. Biz bilirik ki, ekoloji tarazlığın pozulması Yer kürəsinin qlobal probleminə çevrilmişdir. 9b sinif şagirdləri bu mövzuda maraqlı məruzə təqdim etdilər.Qırmızı kitab haqqında məlumat verildi. Nəsli kəsilmiş və kəsilməkdə olan bitki və heyvanlar göstərildi. İnsanın öz rahatlığı və zövqü naminə heyvanların əziyyət çəkdiyi videoçarx vasitəsilə nümayiş etdirildi. Uşaqlar “Ekosistemlərin bəhsi” adlı səhnəcik təqdim etdilər.Tədbirin iştirakçıları belə qərara gəldilər ki, məktəbdə “Ekoklub” yaradılsın və şagirdlər öz istəkləri ilə bu klubun üzvü olsunlar. 26.01.2017-ci il tarixində “Ekoklub”un üzvləri məktəbin biologiya müəllimi Sevinc Məmmmədovanın nəzarəti altında Xətai rayonunda yerləşən “Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi”nə getdilər və ordan xoş təəssüratla qayıtdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi