18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib

    18.10.2023-cü il tarixində məktəbdə Müstəqilliyin Bərpasının ildönümünə həsr olunan sinif təşkilat saatları, mühazirə və "dəyirmi masa"lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Şagirdlər fotostendlər, bülletenlər hazırlayıb, rəsm və əl işlərindən ibarət sərgilər təşkil ediblər. Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarxlar nümayiş olunub. 

    Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Səmədova 5"X", 8"A", 9"X" sinif şagirdləri ilə birgə "Müstəqilliyimiz əbədidir!" adlı "dəyirmi masa" keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən şəhidləri 1 dəqiqəlik sükutla yad olundu. Şagirdlər "Müstəqilliyimizin Bərpası Günü"nün yaranma tarixi haqqında çıxış etdilər. Tədbirdə dahi Lider Heydər Əliyevin nitqi dinlənildi və vətənpərvərlik şeirləri söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi