"Vətənimdə Parlaq Günəş" sənədli filminin təqdimatı keçirildi

16.10.2023-cü il tarixində məktəbin məzunu şəhid leytenant Samir Əliyevin "Anım günü" ilə əlaqədar "Vətənimdə Parlaq Günəş" sənədli filminin təqdimatı keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Samir Əliyevin timsalında Vətən şəhidləri bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai Əlaqələr üzrə şöbənin məsul işçisi Mehriban İsrafilova, Şəhid Ailələri üzrə şöbənin məsul şəxsi qazi Anar Məmmədov, şəhid Samir Əliyevin nənəsi Cəmilə xanım, anası Sevda xanım, qohumları, yaxınları, müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir iştirakçıları sənədli film haqqında fikirlər söylədilər, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidin ailəsinə səbr dilədilər. Məktəbin direktoru Yaqut Kərimli qonaqlara və sənədli filmi ərsəyə gətirən rejissor Sadiq Zülfüqarlıya təşəkkürünü bildirdi. "Vətənimdə Parlaq Günəş" sənədli filmi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi