Məktəbdə “Beynəlxalq Ahıllar Günü” qeyd olundu

Oktyabrın 2-də məktəbimizin 4"C" sinif rəhbəri Nailə Quliyevanın təşkilatçılığı ilə sinif şagirdləri "Beynəlxalq Ahıllar Günü" nə həsr olunmuş tədbir keçirdilər. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai Əlaqələr şöbəsinin nümayəndəsi Mehriban İsrafilova, Ağsaqqallar Şurasının üzvü Tofiq Məmmədov, babalar və nənələr iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən müharibəsi Şəhidləri 1 dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edən qonaqlar şagirdlərə daim böyüklərə və yaşlı nəslə sevgi, qayğı və hörmətlə yanaşmağı tövsiyyə etdilər. Eyni zamanda belə bir tədbirə onları dəvət etdikləri üçün məktəb rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Uşaqlar da öz növbələrində tədbirə dəvət olunmuş qonaqlar üçün şeirlər, atalar sözləri, nəğmələr ifa etdilər, "Böyüklərə hörmət" mövzusunda hazırladıqları səhnəciyi təqdim etdilər. Məktəbin direktoru tədbirdə çıxış edərək bildirdi ki, ölkəmizdə ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir. O, bütün ahıllarımıza ömür boyu sağlam və hüzurlu bir yaşam arzuladı. Tədbirin sonunda qonaqlarla xatirə şəkili çəkildi.